Tanınmış prodüsserin köməkliyi ilə onlara ev verildi !

17 Noyabr 2014 17:25 (UTC+04:00)

Tanınmış prodüsser Təranə Səmədova son zamanlar şou əhlinin xeyriyyəçiliklə gündəmə gəlməsindən danışıb.


ATVxəbər.az-ın əməkdaşının sualını cavablayan prodüsser açıqlamasında belə qeyd edib: "Xeyriyyəçilik elə bir haldır ki, insanın içindən gəlməlidir. Əgər xeyirəçiliyi kütlənin gözündən kül üfürmək məqsədilə edirlərsə, məni bu hal çox qıcıqlandırır. Təkcə məni yox, xalqın ağıllı, özünə hörmət qoyan qismi də bu halı yaxşı qəbul etmir.


"Təranə özü sonuncu dəfə kimə necə kömək edib" sualına isə prodüsser belə cavab verib: "Xeyriyyəçilik adlandırmaq istəməzdim. Amma təxmini 1 həftə öncə ehtiyacı olan bir ailəyə 2-3 çanta pal-paltar, ayaqqabı yollamışam. Mən ümumiyyətlə könül sevindirməyi sevən biriyəm. Hər hansı bir dostuma nəsə hədiyyə etmək istəyəndə həqiqətən də ehtiyacı  olduğu bir şeyi almağı sevirem. Amma hər hansı bir əməli edəndə jurnalistləri yığıb, işıqlandırmaq istəməmişəm. Sadəcə içimdən gəlib, etmişəm. O vaxt Zeynəb və Vüsalə adında əlil arabasında olan iki bacılar var idi. Aparıcımız Zaur Baxşəliyevdən xahiş etdim ki, qızları verlişinə dəvət etsin. O, da sözümü yerə salmadı verlişinə həmin qızları dəvət etdi. Verlişdə onlara ev hədiyyə etdilər. Sevincimdən həmin gün o qədər ağlamışdım ki…Ən azı verlişə çıxmaqlarına köməyim olmuşdu deyə, özümü çox xoşbəxt hesab edirdim, həmin gün yerə-göyə sığmırdım".


Daha ətraflı: http://atvxeber.az/news/show/5051-taninmis-produsserin-komekliyi-ile-onlara-ev-verildi

Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.