Yasamalda qaz olmayacaq

18 Noyabr 2014 10:00 (UTC+04:00)
Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün işlər başa çatanadək Yasamal rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.