Ramil Səfərov Həsən Həsənovun ailəsini ziyarət edib

18 Noyabr 2014 10:35 (UTC+04:00)

Azərbaycanlı zabit Ramil Səfərov mərhum girov Həsən Həsənovun evində olub. Movqe.az-ın məlumatına görə, Səfərovun şəhidin övladları ilə çəkdirdiyi foto sosial şəbəkədə yayılıb. Qeyd edək ki, mərhum Həsən Həsənov Kəlbəcərdə doğma torpaqlarına baş çəkərkən Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 11-də öldürülüb. Onun nəşi oktyabrın 4-də vətənə gətirilərək torpağa tapşırılıb.