Xalq artisti: "Xoşqədəm Hidayətqızının verilişində qrip olmuşdum"
18 Noyabr 2014 11:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, məşhur kamança ustası,
Azərbaycanın xalq artisti Habil
Əliyev səhhəti ilə
bağlı azvision.az-a danışıb. Xalq artisti
bildirib ki, bir həftə əvvəl səhhətində nasazlıq yaransa da hazırda
özünü yaxşı hiss edir.
"Bir həftə bundan qabaq Xoşqədəm Hidayətqızının verilişində
qrip olmuşdum. Ona görə də bu həftə verilişə gedə bilmədim. İndi
yaxşıyam, şükür Allaha. Çox vaxt evdə oluram. Bütün yaşlı adamlar
necə, mən də elə. Qonaqlarım gəlir, zəng edirlər. Nəvələrim,
nəticələrim mənə baş çəkirlər. Günüm pis keçmir, həyatım aktivdir",
- deyə H.Əliyev bildirib.