Dua edənlərə baltayla hücum etdilər

18 Noyabr 2014 12:15 (UTC+04:00)

İsrail polisi, Qüdsdəki Sinaqoq hücumunda 4 nəfərin öldüyünü və 7 nəfərin yaralandığını, 2 təcavüzkarın isə polis tərəfindən vurularaq öldürüldüyünü açıqlayıb.


Movqe.az xəbər verir ki, Qüdsdəki bir sinanqoqa səhər saatlarında hücum təşkil edilib. Açıqlamanı edən İsrail polisi, 4 Yəhudinin həlak olduğunu, 7 nəfərin yaralandığı bildirib.

 

Polisin verdiyi məlumata görə, sinaqoqa gələn iki şəxs burada dua edənlərə balta və silahla hücum edib.