WhatsApp yeni funksiyasını ləğv edə bilər

18 Noyabr 2014 14:00 (UTC+04:00)

WhatsApp-ın yeni mesajın "oxunduğunun təsdiqi" funksiyası, bir vəkilə görə firmanın başına iş aça bilər. Məşhur mesajlaşma proqramı, ötən günlərdə göndərdiyiniz ismarıcların qarşı tərəfdə göründüyünü göstərən "mavi təsdiq simvolu" funksiyasını aktivləşdirmişdi.

Vəkil Kristian Solmekə görə mavi təsdiq simvolu, gizliliklə və qanunlarla əlaqədar səbəblərdən qanunlara ziddir. WhatsApp isə bu iddiaya funksiyanın bağlanıldığı bir beta versiyasının hazır olduğu cavabını verib.