Quş qripi Avropaya geri qayıtdı

18 Noyabr 2014 15:08 (UTC+04:00)

Çətin hava şərtləriylə üzləşən Avropa ölkələrini, indi də İngiltərə və Hollandiyadakı quş qripi hadisələri narahat edir.

Hollandiyanın Utrecht əyalətinə yaqxın Hekendorp kəndində üç gün əvvəl quş qripi təsbit edilən 150 min toyuğun yandırılmasına başlansa da, hökümət virusun yayılmaması üçün tədbir alıb. İqtisadiyyat Nazirliyi, H5N8 virus növünün insana yoluxa bildiyi xəbərdarlığıyla, ölkə daxilində 72 saat ərzində ev heyvanları və məhsulları satışını dayandırıb. Quş qripi təsbit edilən bölgədə isə qadağa 30 gün ərzində qüvvədə olacaq.