Müsəlman Qadınların Dünya Gözəllik Müsabiqəsi - 2014

18 Noyabr 2014 16:29 (UTC+04:00)

İlk dəfə 2011-ci ildə təşkil edilən "Miss World Muslimah"ın (Müsəlman Qadınlar Dünya Gözəllik Müsabiqəsi) bu ilki finalisti, İndoneziyanın ən köhnə Buddist məbədlərindən biri olan Borobudurda mətbuata poza verib.

Bu il dördüncü dəfə təşkil olunan sadecə müsəlman qadınlara açıq olan müsabiqənin bu ilki ev sahibliyini İndoneziya edir.


Movqe.az xəbər verir ki, rəsmi bir cəhd olmayan müsabiqəni, İndoneziya mərkəzli Dünya Musəlman Dərnəyi (World Muslimah Foundation) təşkil edir.

Müsabiqədə 25 iştirakçı yarışır. 

Müsabiqəni qazana bilmək üçün namizədlərdə akademik bilgi, dini bilgi, texnologiya və ünsiyyət bacarıqları kimi meyarlara baxılır.

Fərqli mükafat kateqoriyaları olan müsabiqənin qazananlarına Həcc ziyarəti Avropa, Yaxın Şərq, Türkiyə, Bruney, Malayziya, Hindisyan və İranda təqaüd və staj imkanları tanınır.