Noyabr ayının 22-də Rusiyanın Murmansk vilayətinin Lovoozero kəndində Kol Şimalının yerli xalqı – saamilərin qurultayı keçiriləcək

18 Noyabr 2014 15:14 (UTC+04:00)

Noyabr ayının 22-də Rusiyanın Murmansk vilayətinin Lovoozero kəndində Kol Şimalının yerli xalqı – saamilərin qurultayı keçiriləcək. Movqe.az xəbər verir ki, VAK-info"da ÜAK-ın müxbiri, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun məqaləsinə istinadən bildirilir ki, noyabr ayının 7-də, Murmansk vilayətinin qubernator müavini İ. Babenkonun rəhbərliyi ilə, Murmansk vilayəti hökuməti yanında Şimalın sayı azalmaqda olan yerli xalqlar ittifaqı nümayəndəliyi Kol Şimalının yerli xalqı – saamilərin qurultayına hazırlıq məqsədilə iclas keçirmişdir.

İсlasda, qurultay ərəfəsində vəziyyətin gedişindən söhbət açılmış və qurultayın proqramı təsdiq edilmişdir.

Hazırda, Murmansk vilayəti hökuməti yanında Şimalın sayı azalmaqda olan yerli xalqlar ittifaqı nümayəndəliyi Kol Şimalının yerli xalqı – saamilərin qurultayına,

Murmansk vilayətində yaşayan saami ictimai birliklərinin, saami təşkilatlarının iclas protokollarının qəbulu mərhələsi həyata keçirilir.