Bakı polisi 19 yaşlı qıza görə əməliyyat keçirdi

18 Noyabr 2014 16:00 (UTC+04:00)
Keçirilən əməliyyat zamanı yeniyetmə qız saxlanılıb Bakı şəhərində oğurluq edən qız həbs edilib.Movqe az  ANS PRESS-ə istinadən xəbər verir ki, əməliyyat Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi və metropolitendə polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də saat 18.00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakini Badam Əliyevanın əl çantasını oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.Əməliyyat zamanı Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Səbinə Əliyeva yaxalanıb.Faktla bağlı araşdırma aparılır.