Azərbaycan mudafiə xərclərini artırır

18 Noyabr 2014 16:22 (UTC+04:00)

Növbəti il dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq. Maliyyə naziri Samir Şərifov Milli Məclisin 18 noyabr iclasında, 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı belə deyib. O əlavə edib ki, 3 milyard 783 milyon manat vəsait 2014-cü illə müqayisədə 809 milyon manat çoxdur.Movqe az AzərTAc-a istinadən xəbər verir ki , nazir bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini, cəbhə xəttində təxribatlarını davam etdirdiyi bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə əsaslandırmalara ehtiyac yoxdur.