Mobil operatorlara xəbərdarlıq

18 Noyabr 2014 17:03 (UTC+04:00)
Ölkədə fəaliyyət göstərən mobil operatorlara xəbərdarlıq edilib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov məlumat verib. Onun sözərinə görə, mobil rabitənin keyfiyyətinin yoxlanılması ilə bağlı Amerika Birləşmiş Ştatlarına məxsus şirkət dəvət olunub. Bakı şəhərində və ətraf qəsəbələrdə test yoxlamaları həyata keçirilib. İlkin test yoxlamaları nəticəsində bir sıra qüsurlar aşkar edilib. "İnternetdə və danışıqda yaranan kəslimələr, mesajların gec çatması kimi müxtəlif problemlər oldu. Biz isə bununla bağlı bütün mobil operatorlara xəbərdarlıq etdik ki, bu problemi aradan qaldırsınlar. Dəvət olunan şirkətlə danışıqlar davam edir və hazırda Nazirlik də bu məsələ yenidən müzakirə olundu"- deyə İltimas Məmmədov bildirdi. O həmçinin bu məsələdə iki yolun olduğunu, ya həmin şirkətlə müqavilə bağlanacaq, ya da texnikalar alınaraq problem yaranarsa ölçmələrin burada aparılacağını dedi.