Bakıda su qiymətinə evlər
18 Noyabr 2014 20:20 (UTC+04:00)
"İpoteka kreditlərinin maksimum məbləği 50 min
manatdır. Bakıda isə 50 min manata mənzil tapmaq
qeyri-mümkündür".
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili
İqbal Ağazadə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ipoteka faizləri də nəzərə alınmalıdır. Onsuzda bu
kreditlərinin faizlərindən müvəkkil banklardan başqa heç kim xeyir
götürmür:
"Bunun əvəzinə gənclər şəhərciyi tikmək daha
optimal addım olar. Gənclər aylıq 160 manat ödəməklə 25 il ərzində
həmin mənzilə sahib ola bilərlər. Gələcək dövlət büdcəsində bunun
layihə formasında əlavə olunması gənclərin ev problemini həll edə
bilər. Çox aşağı ödənişlərlə vətəndaşlar ev sahibi ola
bilərlər".
Deputat həmçinin bank sektorundakı vəziyyətlə
bağlı da danışıb. İ.Ağazadə qeyd edib ki, Azərbaycanda 80% əhali
banklardan kredit götürüblər. Banklar isə fantastik faizlərlə
əhaliyə kreditlər verirlər:
"Mərkəzi Bank banklara dövlət pulunu 3%-lə kredit
verir, ancaq nədənsə banklar əhaliyə yüksək faizlə kreditlər
verirlər. 24%-lə inflyasiyanın yüksək olduğu Türkiyə də belə
kreditlər verilmir. Banklar elə ilk aylardan ana borcu geri
alırlar. Görün indi faizlər nə qədər yüksəkdir".