Planetimizi Marsla toqquşduğu təqdirdə nə gözləyir?

19 Noyabr 2014 09:45 (UTC+04:00)

Bu yaxınlarda Kaliforniyadakı Kosmik Texnologiyalar İnstitutundan olan alimlər tərəfindən Marsla toqquşduğu təqdirdə planetimizlə nə baş verə biləcəyi haqda maraqlı fərziyyə irəli sürülüb. Alimlər modelləşdirici texnologiya vasitəsilə belə bir nəticəyə gəliblər ki, planetmiz tezliklə Aya bənzər daha bir təbii peykə malik olacaq.

Nəzəriyyəyə əsasən, Ay proto-Yerin Mars böyüklükdə planetlə toqquşması nəticəsində formalaşıb. Iki səma cisminin bir-birinə azacıq toxunmasından sonra kiçik mantiya həcmi daha bir cisimin səthilə birlikdə Yerin orbitinə atılıb. Zaman keçdikcə qırıntılardan Ay formalaşıb. Bu nəzəriyyəni həm təsdiq, həm də təkzib edən alimlər vardır. Onlar məhz şübhələrə əsaslanaraq bu prosesin modelləşdirilməsi ilə məşğul olmaq qərarına gəliblər. Artıq vurğulandığı kimi alimlər sübut ediblər ki, əgər Yer Qırmızı planetlə toqquşarsa, onun daha bir təbii peyki yaranacaq.


Smartfon şəxsi həyata dağıdıcı təsir göstərir



Oksford Universitetindən olan alimlər müəyyən ediblər ki, smartfonlar insanların şəxsi həyatına mənfi təsir göstərir. Onlardan daimi istifadə ailə cütlükləri arasında daimi mübahisələrə, münaqişələrə və hətta boşanmalara gətirib çıxara bilər.

Sorğunun nəticələri göstərib ki, ailə münasibətlərinin keyfiyyəti sosial şəbəkələrdən istifadənin tezliyindən asılıdır. Insanın öz şəxsi həyatı ona maraqlı görünməməyə başlayır və çox darıxdırıcı olur və nəticədə daimi münaqişələr şəklində ailə münasibətlərinə təsir göstərir.