Prezidentdən yeni fərman
18 Noyabr 2014 20:22 (UTC+04:00)
Azərbaycan Respublikası Vergi Məcəlləsinə
dəyişikliklər edilib.
Movqe.az-ın AzərTAc-a istinadən verdiyi məlumata
görə, dövlət başçısı "Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Dəyişiklikəri nəzərə
çatdırırıq:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD
nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara
alıram:
1. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab),
maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12,
maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11,
maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780;
2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, №
11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477; Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 2 sentyabr tarixli 247
nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə "200.1-ci" sözləri "198.1.1-ci"
sözləri ilə əvəz edilsin;
1.2.2-ci hissənin otuzuncu abzası ləğv
edilsin.
2. Bu Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə
minir".