Deputatdan şadlıq evlərinə vergi xəbərdarlığı

18 Noyabr 2014 18:30 (UTC+04:00)

"Vergidən yayınma arasında restoran, şadlıq evləri sahibləri və şou biznes nümayəndələri var".

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Rafael Cəbrayılov deyib. Millət vəkili bildirib ki, bu sahə son illər inkişaf etsə də kirayə ev verənlərin vergi verməsinin şahidi olmayıb. Deputat qeyd edib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır. Milli Məclis üzvü vurğulayıb ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou biznes nümayəndələri arasında da var: "Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür".

R.Cəbrayılov bildirib ki, artıq Azərbaycanda da vergidən yayınmaya son qoymağın vaxtı çatıb.