İran və Ermənistan arasında yekun SES anlaşması

18 Noyabr 2014 19:32 (UTC+04:00)

İran və Ermənistan Ermənistanda Araz çayı üzərində Su-Elektrik Stansiyası (SES) tikintisi haqda sazişin hazırlığı başa çatıb. Movqe.az-ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə İranın energetika naziri Həmid Çitçian "Fars" agentliyinə açıqlamasında bildirib. "Ermənistanda SES inşası ilə bağlı qarşılıqlı anlaşmaya dair memorandum artıq razılaşdırılıb. İran şirkətləri yaxın zamanlarda stansiyanın tikintisinə başlayacaq", - deyə o, qeyd edib. Yada salaq ki, öncələrdə Tehran və İrəvan Araz çayı sahillərində iki SES-in və üçüncü elektrik xətti ötürücüsünün inşası haqda razılıq əldə eləmişdilər. Tikiləcək sonuncu SES ildə 793 milyon kvt/saat elektrik enerjisi istehsal edəcək. Mehri SES-in qiymətləndirmə gücü 130 mvt nəzərdə tutulub.