Məşhur aktyora təcavüz iddiası

19 Noyabr 2014 11:26 (UTC+04:00)

İngilis Daily Mail qəzetinə müsahibə verən 47 yaşındakı atrisa Barbara Bouman, 19 yaşındaykən Bill Kosbinin ona təcavüz etdiyini iddia edərək Kosbini yardıma ehtiyacı olan insan adlandırıb.

Bouman, 77 yaşında olan Kosbiyə bu ittihamlarla ölməməsi və işlədiyi cinayətləri etiraf etməsi lazım olduğunu söyləyərək o çox xəstə bir insandır deyib.

 

Movqe.Az xəbər verir ki, 1969-ci ildə bir otel otağında reallaşdığını iddia etdiyi təcavüz hadisəsində Bouman qəzetə bunları söyləyib:

'' Bill Cosbi məni yatağının üzərinə atdı, boynumdan tutaraq yatağa dirədi. Kəmərini açarkən çıxardığı səsi əsla unutmayacaam. "

Aktrisa Kosbinin ona cinsi təcavüz etdikdən sonra evə getməsi üçün ona 10-20 dollar ödədiyini söyləyib.

Bouman '' O canavardır. Mənə canavar kimi yaxınlaşdı. Çıxışımın səbəbi, məşhurlar tərəfindən cinsi istismara məruz qalmış insanların sakitliyini pozması və bunun cəzasız qalmamasıdır. Əgər yalnız bir qurbana yardım edə bilsəm , vəzifəmi yerinə yetirmiş olacam. "


Məşhur aktrisa  Bill Cosbi ilk dəfə 2004-ci ildə təcavüz iddiasıyla üzləşmişdi..