Bakıda jurnalist dəm qazından zəhərlənib

19 Noyabr 2014 11:35 (UTC+04:00)

Noyabrın 18-də "Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova yaşadığı evdə dəm qazından zəhərlənib.Movqe.az-ın azinforum.az-a istinadən məlumatın görə, hadisə jurnalistin Hövsan qəsəbəsində yaşadığı mənzildə baş verib. Yaxınları tərəfindən Hövsan qəsəbəsindəki poliklinikaya çatdırılan G.Cəlilovanın həyatını xilas etmək mümkün olub. Jurnalistin vəziyyətinin stabil olduğu bildirilir.