Pakistanda partlayış baş verib

23 İyul 2012 15:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Pakistanın cənub-qərbindəki liman şəhəri Karaçidə,Çin konsulluğunun yaxınlığında partlayış meydana gəlib. Pakistanın "Geo News" televiziyası partlayış nəticəsində bir avtomobil və 3 motosikletin zərər gördüyünü bildirib. Polis və xilasetmə qrupları hadisə yerinə gəlsə də, partlayış ilə əlaqədar detallar hələ araşdırılır.