Nazirin işdən çıxardığı şəxsə yeni vəzifə verildi

19 Noyabr 2014 15:26 (UTC+04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.Movqe az "Qafqazinfo"-ya istinadən xəbər verir ki,  Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.