Siqaretin qiyməti bahalaşacaq

19 Noyabr 2014 15:42 (UTC+04:00)

Azərbaycanda tütün məmulatlarının qiymətinin artırılması təklif edilir. Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə millət vəkili Musa Quliyev Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. M.Quliyev hesab edir ki, Azərbaycanda tütün məmulatlarının qiymətinin aşağı olması müəyyən mənada siqaret çəkən insanlara münbit şərait yaradır: "Bu baxımdan tütün məmulatlarının qiymətinin artırılması həm dövlət büdcəsinə ödəmələrin məbləğini artıracaq, həm də siqaret çəkən insanların tütün məmulatlarına əlçatanlığını məhdudlaşdıracaq".