Bakıda iri avtomobil yolu tikilir

23 İyul 2012 15:07 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, hazırda Buzovna-Mərdəkan-Qala avtomobil yolu salınır. 

Yolun uzunluğu 12,6 kilometr olacaq. Yolda 4 hərəkət istiqaməti olacaq. Yolun artıq 1 kilometrinə ikiqat asfalt örtüyü çəkilib. 4 kilometr ərazidə torpaq bərkitmə işləri yerinə yetirilir.

Yolun tikilməsi ilə bağlı yaşayış və qeyri-yaşayış obyektləri söküləcək. Bütün yaşayış və qeyri-yaşayış obyektləri söküləcək. Kommunikasiya xətlərinin də yeri dəyişdiriləcək.

Türkan Nadirqızı

Movqe.Az