Zəlimxan Yaqubun səsi niyə batıb? - Açıqlama

19 Noyabr 2014 15:55 (UTC+04:00)

"Zəlimxan Yaqubun səsi niyə batıb? Onun səsi yerindədir". Movqe az AzNews.az-a istinadən xəbər verir ki, bunu  açıqlamasında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun gəlini deyib.O bildirib ki, hər dəfə dializ müalicəsindən sonra Zəlimxan Yaqubun səsində müəyyən tutulmalar yaranır: "Bəzən axşama, bəzən də bir günə səsi bərpa olunur. Bu, səsi batmaq deyil".Şairin gəlini onu da qeyd edib ki, hazırda Z.Yaqubun müayinə üçün Almaniyaya səfəri gözlənilir.Qeyd edək ki, Z.Yaqub böyrək xəstəliyindən əziyyət çəkir.