Abdulla Gül prokurorluqda ifadə xəbərinə açıqlıq gətirdi

19 Noyabr 2014 16:21 (UTC+04:00)
Türkiyənin 11-ci prezidenti olmuş Abdulla Gül prokurorluqda ifadə verib.Movqe az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Abdulla Gül Necmettin Erbakanın partiya lideri olduğu dövrdə "yoxa çıxan trilyon" əməliyyatı üçün dünən Ankara Cümhuriyyət Prokurorluğunda olub.O dönəm prezident toxunulmazlığı olduğu üçün ifadəsi alınmayan Gül  dünən axşam saat 18 radələrində ifadə vermək üçün Ədliyyəyə gedib. Vəkili mövzu ilə bağlı Abdulla Gülün heç bir əlaqəsinin olmadığını və dindirilmədə ancaq o dönəm partiya sədrinin köməkçisi qismində ifadə verdiyini deyib.