Ermənilər Laçında süni məskunlaşmanı davam etdirirlər - FOTO

19 Noyabr 2014 16:33 (UTC+04:00)
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində süni məskunlaşma tədbirlərini davam etdirir.Ermənistan hökumətinin və xaricdəki erməni diasporunun dəstəyi ilə Laçın rayonunun Zabux kəndi ərazisində ermənilər yeni yaşayış məskəni salıblar.Ermənistanla həmsərhəd olan Zabux kəndi ərazisində salınan yeni kənd Aqavno adlanır.Movqe az APA-ya istinadən xəbər verir ki, erməni jurnalist Ani Markaryanın "Facebook" səhifəsində paylaşdığı fotoda kənddə ötən ildən başlayan inşaat işlərinin yekunlaşdığı görünür.Yeni evləri ermənilər dağıtdıqları Zabux kəndinin azərbaycanlı sakinlərinə məxsus evlərin yerində inşa ediblər.Qeyd edək ki, son iki ildə Ermənistan hökuməti işğal altındakı Azərbaycan ərazilərində Suriyadan və digər ölkələrdən gələn erməni ailələrinin məskunlaşdırılması istiqamətində işlər aparır. Kəlbəcər, Laçın və Zəngilan rayonunun bəzi kəndlərində Suriyadan qaçqın düşmüş ermənilərin yerləşdirilməsini təsdiqləyən faktlar mövcuddur.