Millət vəkili: "Kredit vermək üçün ya narkotik satmalısan, ya da..."
19 Noyabr 2014 17:25 (UTC+04:00)
"Həmkarlarımın əksəriyyəti istər inkişaf, istərsə
də digər baxımdan Azərbaycanı Ermənistanla müqayisə edirlər".
Movqe.az AzVision.az-a istinadən
xəbər verir ki, Milli büdcə müzakirələri zamanı YAP-çı deputat
Siyavuş Novruzov deyib. Millət vəkili
bildirib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi
büdcəsindən çoxdur: "Hesab edirəm ki,
ölkəmiz bu gün Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda
isə Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər. Odur ki,
Ermənistanla hər hansı müqayisəyə yer
yoxdur".
Milli Məclisin üzvü bildirib ki, bu gün Rusiyanın
timsalında görürük ki, ərzaq təhlükəsizliyi ölkə üçün nə dərəcədə
vacibdir:"Buna görə də Azərbaycanda kənd
təsərrüfatının inkişafı üçün mütləq şəkildə kreditlərin
verilməsində müəyyən güzəştlər tətbiq edilməlidir. Fermerlər üçün
uzun müddətli kreditlərin verilməsi daha məqsəduyğundur. Çünki
əkilən məhsullar hava şəraitindən asılı olaraq gec və ya tez yetişə
bilər. Məhsul olmayanda da əlavə borc götürməyə məcbur
olur".
S.Novruzovun sözlərinə görə, Azərbaycanda verilən
kreditləri qaytarmaq üçün ya narkotik satmalısan, ya silah, ya da
insan alveri ilə məşğul olmaq lazımdır:
"Başqa halda krediti qaytarmaq qeyri-mümkündür.
Banklar vətəndaşa 100 min pul verirsə bunun qarşılığında 200 minlik
girov qoyulmasını tələb edir. Görünən odur ki, ipoteka krediti
imkanlı adamların istifadə etməsinə nəzərdə tulub ki, onlar bununla
kəm-kəsirlərini tamamlasınlar".
O, həmçinin məktəblərdə idman və hərbi dəsrlərin
bərpa olunması təklifi ilə çıxış edib. Millət vəkilinin sözlərinə
görə, bu gün ölkədə təhsil alan oğlanların 20 faizi ordunun
tələblərinə cavab vermir: "Ümumi
fiziki hazırlıqla bağlı məktəblərdə imtahan verilməlidir. Biz kişi
yetişdiririk. Bizə hazırda əsgər lazımdır. Sabaha İŞİD gələrsə bizə
əsgər lazımdır, bəstəkar yox. Bu gün hər kənddən bir silah çıxır.
Cavanlarımız həmin silahın növünü bilməlidir".
Millət vəkili qeyd edib ki, bu yaxınlarda ona
xarici vətəndaş deyib ki, sizdə kitab yox, məhz adam öldürmək üçün
soyuq silah hazırlanır:
"Hazırda iki tona yaxın kitab yığırlar. Kitabların
üzlüklərini qalın edirlər ki, kimin başına vursalar gərək həmin
adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi
boşdur".
S.Novruzov sonda qeyd edib ki, Siyasi partiyalara
ayrılan vəsaitin məbləği artırılmalıdır:"Bəlkə bundan sonra onların qırışı
açılar".
Spiker Oqtay Əsədov isə millət vəkili Siyavuş
Novruzovun çıxışına cavab olaraq deyib ki, siyasi partiyaların sayı
artdıqca onlara ayrılan maliyyə vəsaitinin də həcmi
artacaq.