Telefon nömrəsi taleyə təsir edir

20 Noyabr 2014 09:40 (UTC+04:00)

Əgər hər şey istənilən kimi getmirsə, yəni karyerada və digər insanlarla münasibətlərdə irəliləyiş yoxdursa, bunda... sizin telefon nömrənizin "günahkar" olduğu istisna deyildir. Ən azı, numerologiya üzrə ekspertlər belə deyirlər. Numerologiyanın mahiyyəti ondan ibarətdir ki, bizi əhatə edən bütün rəqəmlər, sanki, özündə bizim həyatımıza təsir edə bilən müəyyən enerji titrəyişlərini daşıyır.

Numerologiya biliciləri bildirirlər ki, telefon ətraf dünya ilə bizim əlaqəmizə "cavabdeh" olduğuna görə onun nömrəsi məhz bu sahəyə təsir göstərir.

Bir qayda olaraq, numerologiyanı sadə birrəqəmli ədədlərdə istifadə edirlər. Ona görə də prinsip bütün nömrələr üçün standartdır: siz nömrənin (doğum tarixi, ünvan, pasport nömrəsi və s.) bütün rəqəmlərini toplayır və alınmış ədədi birrəqəmli ədədə çevirirsiniz. Amma telefon nömrələri ilə bağlı halda ekspertlərin məsləhətləri bir qədər fərqlidir. Onlar hesablamalarda region və ya operator kodunu buraxmağı (çünki bu, çoxlarında üst-üstə düşür) və yalnız son yeddi rəqəmdən istifadə etməyi məsləhət görürlər.

Fərz edək ki, sizin nömrəniz 8(806) 112-26-40-dır. Biz ilk dörd rəqəmi atır və yalnız son yeddi rəqəmi götürürük. Onları toplyırıq: 1+1+2+2+6+4+0=16. İndi alınmış ədədi birrəqəmli ədədə çeviririk: 1+6=7. Bu, sizin "fəaliyyətdə olan" vibrasiyanız olacaq.

Indi gəlin numerologiyada "telefon" rəqəmlərinin mənası ilə tanış olaq.

1 – bu rəqəm şəxsi təşəbbüsün büruzə verilməsi üçün əlverişlidir. Əgər təklikdə, sərbəst olaraq, nəsə qazanmaq istəyirsinizsə, onda bu rəqəm sizə uyğundur. O, yeni fərdi başlanğıc üçün tam şərait yaradır.

2 – əməkdaşlıqla həmahəng olan bütün təmasların yaradılmasına səbəb olur, asanlıqla tərəfdaşları tapmağa kömək edir.

3 – kommersiya, turizm və şou-bizneslə məşğul olanlara, mətbuat və reklam işçilərinə, aktyorlar, rəssamlar və digər yaradıcı peşə adamlarına uyğundur.

4 – yaradıcılığa istiqamətlənmiş təmaslar, inadlı əmək üçün münasibdir, amma yalnız ciddi sahələrdə, məsələn, elmdə.

5 – hər cür münasibətlərə aydınlıq gətirmək üçün uyğundur. Numerologiyada deyilir ki, şəxsi həyatında yaxşılığa doğru dəyişikliklərin həsrətində olanlar üçün münasibdir.

6 – məsləhət və təsəlliyə ehtiyacı olan adamlara kömək edir. Müxtəlif nəzakətli problemlərin həllinə, ailə üzvləri və ya sadəcə olaraq, yaxın adamlar arasında münasibətlərin qaydaya salınmasına səbəb olur.

7 – biznes üzrə işgüzar görüş və danışıqların vaxtının təyin olunması üçün çox da münasib deyildir. Amma elmi tədqiqat, fəlsəfə və mistika mövzularında ünsiyyət saxlamağı sevən insanlara çox uyğundur.

8 – biznes və maliyyə sahəsində təmaslar üçün əlverişlidir. Satış, istənilən maddi aspektlərlə bağlı danışıqlarda uğur gətirir, həmçinin nömrə sahibinin nüfuzunu möhkəmlədir.

9 – bu nömrə ilə hansısa işləri və ya layihələri başa çatdırmaq üçün lazım olan yaxşı əlaqələr yaratmaq olar. Fərasətli olmağa, həmsöhbətləri anlamaq bacarığı əldə etməyə səbəb olur. Mənəvi məqsədlərə nail olmaq, təhsil almaq, öz qabiliyyətini təkmilləşdirmək üçün köklənmiş adamlara uyğundur.

Numerologiyada bildirilir ki, sizin nömrənizdə nə qədər çox müxtəlif rəqəmlər olarsa, bütün sahələrdə uğur və inkişaf əldə etmək üçün şanslar daha çoxdur. Deyək ki, əgər sizin nömrənizin son rəqəmləri 123-45-67, ya 234-56-78, ya da 345-67-89 və ya 456-78-90-dırsa, bəxtiniz çox gətirib.

Nəticədə sizdə hansı rəqəm alınsa da, burada hər biri sizin həyat fəaliyyətinizin müəyyən aspektinə cavabdeh olan müxtəlif vibrasiyaların məcmusu fəaliyyət göstərəcək.

Nə vaxtsa telefon nömrəsi alan vaxt sizin seçim imkanınız olmayıb. Buna görə də telefon stansiyasının verdiyi nömrə ilə kifayətlənməli olubsunuz. Mobil telefonların satışa çıxarılması ilə vəziyyət köklü şəkildə dəyişib. Siz özünüzə, necə deyərlər, "yaxşı" nömrə və ya hədəfləriniz üçün optimal variant seçə (əgərnumerologiyaya inanırsınızsa) bilərsiniz.

Əgər sizə dərhal bir neçə aspekti, məsələn, maliyyə, sevgi, sağlamlıqla bağlı aspektləri korreksiya etmək lazımdırsa, hər ehtimala qarşı, bir neçə telefon sim-kartı almaq mümkündür.