Sağlam həyat tərzi populyar pəhrizdən daha effektivdir

20 Noyabr 2014 09:43 (UTC+04:00)

Kanadalı alimlər dörd ən populyar pəhrizdə arıqlama hallarını analiz edərək bu nəticəyə gəliblər ki, bu cür və ya daha güclü təsir bağışlayan nəticələri sağlam qidaya və fəal həyat tərzinə keçməklə də əldə etmək olar.

Alimlər Atkins pəhrizini, Cənub çimərliyi pəhrizini, Bölgə pəhrizini və kalori hesablamalarını müqayisə ediblər. Məlum olub ki, onların hamısı qısa vaxt kəsiyində effektivdir. Belə ki, uğurla arıqlamış adamlar, orta hesabla, 2 ildən sonra əvvəlki çəkilərinə qayıdırlar.

Bu hallar patentli pəhrizlərə müraciət etmədən yalnız fəst-fud və yarımfabrikatlardan imtina edərək, yağların və sadə karbohidratların qəbulunu azaldaraq və öz fəallığını artıraraq öz gücü ilə arıqlayan insanlarla baş vermir.

Tədqiqatı keçirən həkimlərin fikrincə, sağlam həyat tərzi arıqlamaqda pəhrizlərdən daha effektiv kömək edir, çünki insan əldə etdiyi nəticəyə görə şəxsi məsuliyyətini hiss edir və onu başqalarının üzərinə atmır.