Marsda nə vaxtsa su olub

20 Noyabr 2014 09:54 (UTC+04:00)

Braun Universitetindən (ABŞ) olan Ceyms Hed tərəfindən keçirilmiş yeni tədqiqat göstərib ki, Mars vulkanları planetdə temperaturu qızdıra və bu, suyun maye halında yüz ildən az olsa da, mövcudluğuna şərait yarada bilərdi: Yerdən fərqli olaraq, Marsda vulkanik qazlar buxarxana effekti yaradaraq istiliyi saxlaya bilir.

Əvvəllər tədqiqatçılar Marsda suyun maye halında olması ideyasını orada çox soyuq temperaturun mövcudluğu faktı ilə əlaqələndirməyə çalışaraq bir sıra çətinliklərlə üzləşiblər. Situasiyanı Qırmızı planetdə həmişə çox soyuq temperaturun olması ilə bağlı müasir iqlim modeli daha da çətinləşdirib. Beləliklə, aşağıdakı suala hələ cavab tapılmayıb: qədim Marsda nə vaxt və nə üçün suyun maye halında mövcud olması üçün kifayət qədər isti olub?

Ceyms Hedin sözlərinə görə, onun tərəfindən planetin erkən atmosferi ilə bağlı keçirilmiş rekonstruksiya göstərir ki, Marsda hədsiz dərəcədə çox toz olub. Hesablamalar həmçinin atmosferdə mineral hissəciklərin (vulkanik kül), günəş şüalarının əksetdirmə qabiliyyətini azaldaraq hissəcikləri saxlayan kükürd dioksidi və kükürd turşusunun mövcud olduğunu da göstərir. Bu, qaz örtüyünün soyuma prosesini ləngidib. Professor Hed və həmkarları güman edirlər ki, bir vaxtlar Mars səthinin 30 faizi qızmış lava ilə örtülüb və onun miqdarı hədsiz dərəcədə çox olub. O, ərimiş bazalta bənzəyib və planetin atmosferinə kifayət qədər böyük təsir göstərə bilərdi.

Bununla belə, hətta vulkanlar olmadan da Marsdakı yay günləri onun səthində temperaturun Selsi üzrə sıfırdan yuxarı qalxması üçün kifayət qədər isti ola bilərdi. Marsdakı məşhur Quru vadilərdə orta illik temperatur buzların əriməsi üçün olan temperaturdan xeyli aşağıdır. Amma ən isti günlərdə o, sıfırdan yuxarı qalxa bilərdi. Beləliklə, mütəxəssislər bildiriblər ki, vulkanik aktivlik Marsda temperaturu suyun maye halında mövcud olması üçün lazım olan temperatura qədər qızdıra bilərdi.