Neandertallar ayrıca növ olub

20 Noyabr 2014 09:56 (UTC+04:00)

Bəzi alimlər hesab edirlər ki, neandertallar müasir insanın yarımnövlərindən biri yox, ayrıca növ olub. Onlar bu nəticəyə neandertalların və müasir insanların burunlarını müqayisəli şəkildə tədqiq edərək gəliblər. Alimlər bunun üçün əlçatan bütün kələ sümüklərini ölçüb və burun boşluğunun daxili strukturunda üçölçülü rəqəmli təsvir yaradan xüsusi sistemdən istifadə ediblər.

Bəs antropoloqları nə üçün burun maraqlandırıb? Belə bir fərziyyə vardır ki, neandertalların burunlarının quruluşu iqlim soyuyan vaxt onlara yaşamaq imkanı verməyib və iqlim onların (burunun) yoxa çıxmasının əsas səbəbi olub. Bu nəticəyə gəlməkdə neandertal, eskimos və soyuq iqlimdə yaşaya bilən müasir avropalıların burunlarının müqayisəsi kömək edib.

Yeni tədqiqat göstərib ki, neandertalların yuxarı tənəffüs yolları başqa qaydalara uyğun olaraq fəaliyyət göstərib. Neandertalların bədən quruluşu müasir insanın bədən quruluşundan fərqlənir və buna görə də onları tam olaraq müxtəlif növlər kimi qəbul etmək lazımdır.

Neandertalların məhvolma səbəblərinə gəldikdə isə alimlər belə bir fərziyyə irəli sürürlər ki, onları iqlim yox, müasir insanla rəqabət məhv edib.