Əməkdar artist dördüncü övlad istəyir

20 Noyabr 2014 10:43 (UTC+04:00)

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Düzünü desək" verilişinə açıqlama verən müğənni onlara çox vaxt ayıra bilməməsindən şikayətlənib:


"Baxıram başqalarının övladları hər gün parkda gəzir, hava alırlar. Mən isə işimin çoxluğundan onları küçəyə çıxara bilmirəm".


G.Məmmədova dördüncü övlad istədiyini də deyib:


"Hər zaman arzulamışam ki, iki qızım, iki də oğlum olsun. İndi məndən çox qızım deyir ki, ana məni tək qoyma, bacı istəyirəm".


Qeyd edək ki, əməkdar artistin Səidə Sıla adlı qızı, Miryaqub və Fikrət adlı oğlanları var.