Bakının bu yolu bağlanır

20 Noyabr 2014 12:00 (UTC+04:00)

Paytaxtda daha bir yol bağlanır. Movqe.az -ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, bu gün saat 11:00-dan etibarən Sabunçu rayonu Bəşir Bünyadov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bəşir Bünyadov küçəsində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.