Azərbaycanlı müğənni türk müğənisi ilə

20 Noyabr 2014 14:15 (UTC+04:00)
İstanbulda yeni "Dayan" adlı mahnısına klip çəkdirib. Movqe.az Milli.az-a istinadən xəbər verir ki, mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur:  "Mahnı duet formasında ifa olunub. Duet ortağım Türkiyədə "Pop star" yarışmasından tanınan Barış Kömürcüoğludur. Klipə Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya quruluş verib. Klipdə tərəf-müqabilim də Barışdır. Yeni yaradıcı işimiz maraqlı alınıb. Ancaq bu barədə çox danışmaq istəmirəm. Çünki klip üçün qala-gecəsi təşkil ediləcək". 
Müğənni əlavə etdi ki, klipin təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yaradıcı heyət də iştirak edəcək. "Dayan" klipinin çəkilişlərindən fotoları təqdim edirik.