Bakının şimal girişində nəhəng saat quraşdırılır

23 İyul 2012 15:28 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, yaxın zamanlarda Bakı Beynəlxalq Avtovoğzalının yanında nəhəng saat quraşdırılacaq. Saatın diametri 7 metr olacaq. Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin şossenin Biləcəri enişi adlanan hissəsində yol gül-çiçəklə bəzədiləcək.

Türkan Nadirqızı

Movqe.Az