Bakıda dəhşət: sürücü 2 polisi bıçaqladı

20 Noyabr 2014 15:06 (UTC+04:00)

Dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb.Movqe az AzNews.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Məlumata görə, yol polislər 10 YP 442 və 10 YP 383 nömrəli avtomobillə xidmət aparan Nicat Bayramov və Yasin Umudov npmrə nişanı məlum olmayan "Nissan " markalı avtomobilin sürücüsü tərəfindən bıçaqlanıblar.Onların biri belindən, digəri isə qolundan yaralanıblar. Hər iki polis əməkdaşı Kliniki Tibbi Mərkəzə yerlədirilib.