Nadir Qafarzadə "od püskürdü": "Düşünməsinlər ki, qorxuram"

20 Noyabr 2014 15:35 (UTC+04:00)

Rusiyada istirahət edən müğənni Nadir Qafarzadə Azərbaycana qayıdıb.Movqe az  Milli.Az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, yeni həyata keçirəcəyi layihəyə görə Bakıya qayıtmalı olub: 

"Artıq bir neçə gün idi ki, Azərbaycandan kənarda idim. Dincəlirdim. Düşünürəm ki, istirahətimi gözəl keçirə bildim. Müğənni Natavan Həbibi və "Bu şəhərdə" komandasının üzvü Rafael İsgəndərov da bizimlə idilər. Bir neçə gün də qalıb, dincəlmək istəyirdim. Amma yeni layihəmin işlərinə görə qayıtmalı oldum. Qalmaqaldan, səs-küydən uzaq idim. İndi gəlmişəm, başlayacaq söz-söhbətlər. Gündəmdə qalmaq üçün barəmdə söz deyəcəklər. Susmağa çalışacam. Amma düşünməsinlər ki, qorxuram. Tanıyanlar bilirlər ki, mənim bu həyatda qorxacağım heç nə yoxdur. Mənə qarşı çaşanların cavabını lazımi şəkildə verməyi bacarıram".