Qismət gizli toyundan danışdı

20 Noyabr 2014 15:48 (UTC+04:00)
Az-az efirlərə çıxıb, daha çox mahnıları ilə yaddaşlarda qalan müğənni Qismətdən xəbər var.Movqe az  xəbər verir ki, müğənni atvxeber.az-a gizli keçirdiyi toyu ilə bağlı açıqlama verib.Müğənni gizli toy etməsinin səbəbi haqqında bunları danışıb: "Əslində gizlədiləsi əsas bir şey yox idi. Sadəcə şəxsi həyat, məncə, çox özəl qalmalıdır. İnsanlara ailəmi, həyat yoldaşımı göstərmək mənim xarakterimə uyğun deyil. Baxın, bu mənim həyat yoldaşımdır demək bir az yaxşı çıxmır axı. Göstərənlər pisdir demirəm ha... Mənə uyğun deyil, mənə görə normal bir şey deyil".