“Google” eynəyinə yeni patent

23 İyul 2012 15:42 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Google "Project Glass" adını verdiyi maraqlı eynəkləri üçün yeni patent alıb. Ötən may ayında Google tərəfindən təsdiqlənən Google eynəkləri , yəni "Project Google" texnologiyanın edə biləcəkləri mövzusunda insanları bir daha düşündürmüşdü. Bu yeni eynək sahib olacağı incə və zərif dizaynı ilə yanaşı sağ göz şüşəsinin üzərinə yerləşdirilmiş linza daşıyır. Əsasən linza arxasında olan kamera ilə interaktiv olaraq çalışacaq cihaz reallıq ilə baxdığınız hər şey haqqında məlumatları gözünüzün qarşısına gətirəcək. Bu ana qədər bu təsir edici cihaz haqqında heç bir pis şərh gəlməmişdi. Lakin son zamanlarda gözlüyün oğurlanması zamanı nə olacağı ilə bağlı suallar verilir. Cavab çox keçmədən gəlib.Çünki Google ötən gün "Project Google" üçün yeni bir patentə qovuşub. Belə ki, oğurluq tədbir sistemi olaraq eynəyə ani və sərt bir hərəkət edildiyi anda deaktiv olacaq. Eyni zamanda istifadəçisini tanıma xüsusiyyəti olan cihaz başqasının gözündə işini dayandıracaq.