Azərbaycan Ordusunun əsgəri döyüş postunda şəhid olub

20 Noyabr 2014 16:19 (UTC+04:00)
Noyabrın 20-də saat 12:45-də erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.Movqe az Trend-ə istinadən xəbər verir ki, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olmuş əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.Nazirliyin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!