Əsgərimiz şəhid oldu

20 Noyabr 2014 18:36 (UTC+04:00)

Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, Düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!