Bakıda zavodda partlayış - ölən var

20 Noyabr 2014 20:48 (UTC+04:00)
Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun anspress-ə verdiyi məlumata görə, hadisə Azon zavodunda baş verib.

Belə ki, dünən saat 13 radələrində həmin zavodda çilingər işləyən 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov soyuducu kompressorun partlaması nəticəsində xəsarət alıb. Sinəsindən aldığı xəsarətdən Ə.Bağırov iş yerindəcə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.