Mobil operatorlara xəbərdarlıq
20 Noyabr 2014 17:03 (UTC+04:00)
Ölkədə fəaliyyət göstərən mobil operatorlara
xəbərdarlıq edilib.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar
nazirinin müavini İltimas Məmmədov məlumat verib. Onun sözərinə
görə, mobil rabitənin keyfiyyətinin yoxlanılması ilə bağlı Amerika
Birləşmiş Ştatlarına məxsus şirkət dəvət olunub. Bakı şəhərində və
ətraf qəsəbələrdə test yoxlamaları həyata keçirilib. İlkin test
yoxlamaları nəticəsində bir sıra qüsurlar aşkar
edilib.
"İnternetdə və danışıqda yaranan kəslimələr,
mesajların gec çatması kimi müxtəlif problemlər oldu. Biz isə
bununla bağlı bütün mobil operatorlara xəbərdarlıq etdik ki, bu
problemi aradan qaldırsınlar. Dəvət olunan şirkətlə danışıqlar
davam edir və hazırda Nazirlik də bu məsələ yenidən müzakirə
olundu"- deyə İltimas Məmmədov bildirdi.
O həmçinin bu məsələdə iki yolun olduğunu, ya
həmin şirkətlə müqavilə bağlanacaq, ya da texnikalar alınaraq
problem yaranarsa ölçmələrin burada aparılacağını
dedi.
anspress.com