Minsk qrupu ikili standart şakərindən hələ də qurtula bilmir

21 Noyabr 2014 09:31 (UTC+04:00)

Günlərdir doğma Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun talelərinə münasibətdə susqun olan ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan mövqeləriən hücum edən və buan görə vuruluan erməni helikopteri ilə bğalı növbəti bəyanatla çıxış ediblər.Bəyanatda onlar Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər. Bəyanatda bildirilir ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir.

Ancaq bəyanatın qərəzli olduğu göz qabağındadır. Beəl ki, helikopterin düşdüyü ərazi Azərbaycan ərazisidir. Ən əsası isə yuxarıda qeyd olunduğu kimi Minsk qrupu həmsədrləri Şahbaz Quliyev və Dilqəm Əsgərovun tealelərinə münasibətdə biganə mövqe sərgiləyirlər və bu şəxslər üzərində separtçı rejimin qurduğu "məhkəməyə" heç bir irad bildirmirlər.

Siyasi şərhçilər bu fonda Minsk qrupunun ikili standartdan çıxış etdiyini deyirlər. Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün başda sülh yolu olmaqla bütün vasitələrdən istifadə edir: "Ermənistan hərbi helikopterinin təmas xəttini keçməsinə izn verə bilməzdik. Görürük ki, helikopterin vurulmasından sonra bəzi beynəlxlq təşkilatlar Azərbaycanın əleyhinə olan bəyanatlar verirlər. Əslində, bu bəynatların Azərbaycan ilə Ermənistan arasındakı vəziyyətə münasibətdə həmin təşkilatların siyasətinin ikili standartlar çərçivəsində olduğunun bir daha göstəricisidir. Bundan başqa, sırf problemin həll olunması istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupu tərəfsiz münasibət ortaya qoya bilmədi. ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Kəlbəcər girovları barədə məlumata malik olmadığını desə də, helikopterin vurulmasına dərhal münasibət bildirdi. Bu, ikili standartın daha bir görüntüsüdür. 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupu ikili standartlar əsasında mövqe sərgiləyir. ATƏT sədrinin xüsusi nümaynədəsi Anjey Kaspşikin bölgəyə səfərinin məqsədi tərəfləri sakitliyə çağırmaq olarkən, tam fərqli bəyanat verir. Helikopterin neytral sahədə vurulduğunu qeyd edir. Görünüyü kimi, Minsk qrupu tərəfsiz vasitəçilik missiyasından uzaqdır. Ancaq helikopterin təmas xəttini keçib-keçməməsi Azərbaycan üçün o qədər də əhəmiyyəti yoxdur. Həmçinin "neytral zona" anlayışı da o qədər əhəmiyyətli deyil. Çünki, "neytral zona" iki dövlət arasında olan anlayışdır. Bu da vasitəçilərin nə qədər birtərəfli olduğunu bir daha göstərir".

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, politoloq Vəli Əlibəyli də bəyanatın ikili standartın bir daha göstəricisi olduğunu deyir: "Birdəfəlik anlamalıyıq ki, beyənlxalq təşkilatlar, dövlətlər üçün əsas öz maraqlarıdır.Yəqin ki, bundan sonra da ikili standartları davam edəcək. Ona görə də nəinki Minsk qrupu, heç bir beynəlxalq təşkilatların bəyanatlarını ciddiyə almamalıyıq. Torpaqlarımızı özümüz azad etməliyik. Biz torpaqlarımızı azad edək, sonra onlar nə qədər bəyanat verirlərsə, versinlər. Onsuz da bu günə qədər bəyanatdan o tərəfə keçə bilməyiblər. Bəyanatları ilə də heç nəyi həll edə bilməyiblər. 4 qətnaməni BMT də qəbul edib. Amma bu qətnamələr bizim üçün heç nə vermir. Girov götürülmüş iki vətəndaşımızla bağlı Minsk qrupu hansısa bəyanat versə, guya nəyisə həll edə bilək? Bəyanata görə ermənilər o insanları qaytarmayacaq. Yəni, bu cür bəyanatlara bizim ehtiyacımız yoxdur. Əslində, heç narahat da deyillər. Bunu sadəcə, sözdə bildirirlər. Lazım olsa, başqa vertolyotlarını da vuracağıq. Beynəlxalq təşkilatlar Qarabağ problemini həll etsinlər ki, ondan sonra hansısa bəyanat vermək haqqında düşünsünlər. Bu gün Azərbaycan öz ərazsində nə edirsə, özünün suveren hüququdur. Azərbaycan BMT-yə bu sərhədlərlə qəbul edilib".