Siqareti gecə vaxtı tərgitmək daha asandır

21 Noyabr 2014 09:55 (UTC+04:00)

Israilli mütəxəssislər zərərli vərdişlər və müxtəlif növ asılılıqlarla bağlı prosesləri anlamağı çətinləşdirməməyi məsləhət görürlər. Məsələn, siqaret çəkməyə münasibətdə yalnız pasientin onun əsirliyindən qurtarmaq arzusu mühümdür, lakin bu hədəfə çatmaq üçün iradənin gücü planında çoxlu mübahisəli məqamlar vardır. Alimlər bildirirlər ki, əla nəticələri bəzən hiyləgərliyə əsaslanan qeyri-adi üsullar və texnika vasitəsilə əldə etmək olar.

Veysman İnstitutundan olan alimlərin yeni araşdırmaları insanın gecə yuxusu zamanı reallıqdan ayrıla bilməsi sayəsində beyin nahiyəsinin gün ərzində aktiv qalması və hətta xarici qıcıqlandırıcılara daha çox meylli olmasını anlamağa əsaslnır.

Bundan başqa, onların bizim iybilməyə cavabdeh olan nahiyələrlə sıx əlaqəsinin olduğu müəyyən edilib. Söhbət bəzi maddələrin- narkotik, tütün və spirtli içkilər- təsirinə məruz qalan nahiyələrdən gedir.

Tədqiqatçılar əldə olan məlumatlara əsaslanaraq hədsiz dərəcədə çox siqaret çəkən könüllülərin iştirakı ilə eksperiment keçiriblər. Siqareti tərgitmək istəyini bildirən 66 kişi öz zərərli vərdişini səciyyələndirərək anket doldurublar. Bundan sonra sınaqdan keçirilənlər geçə vaxtı laboratoriyada qalıblar və yuxu vaxtı onlara xüsusi aparatlar vasitəsilə xoşagəlməz iy, məsələn, hisə verilmiş siyənək balığı və ya lax yumurta iyinin qarışığı ilə birlikdə siqaret tüstüsü, siqaret və siqaret qutusunun qoxusu verilib.

Səhər onlardan heç biri gecə iylərini xatırlamayıblar, lakin bütün iştirakçılarda gündüz siqaret norması tələbatı təqribən üç dəfə azalıb.

Könülləri gündüz- yatmayan vaxt "aromaterapiya"ya məruz qoyublar, amma çəkilmiş siqaretlərin sayı azalmayıb.

Israilli alimlər inanırlar ki, üsul narkotiklərlə olan halda da təsir göstərəcək, çünki xoşagələn və xoşagəlməz qoxunun təması iyrənməyə səbəb olur və beyin də məhz buna uyğun formalaşıb.