Yaponiyadakı yeni ada böyüməkdə davam edir

21 Noyabr 2014 09:59 (UTC+04:00)

Tokiodan cənubda 900 km məsfədə yerləşən Nisinosima vulkanik adası sualtı vulkanın püskürməsindən sonra bir il ərzində 8,6 dəfə böyüyüyb.

Hazırda bu adanın qərbdən şərqə olan uzunluğu 1,55 min metr, cənubdan şimala isə 1,7 min metrdir. Vulkanik kütlənin həcmi 50 milyon kubmetr təşkil edir. Adanın ən hündür yeri dəniz səviyyəsindən 100 metr yüksəkdədir.

Bir il əvvəl –noyabrın 20-də Yaponiyanın Oqasavara arxipelaqından sualtı vulkan püskürməyə başlayıb və nəticədə yeni vulkanik ada yaranıb. Ada tezliklə nazik bərzəx vasitəsilə yaxınlıqda yerləşən Nisinosima adası ilə birləşib, sonra isə onunla birlikdə vahid quru sahəsi təşkil edib.

Meteroroloqlar bildirirlər ki, hazırda vulkanın püskürməsi davam edir və demək, ada hələ böyüməkdə davam edəcək.