“Evli qadınları işə götürmürlər” – millət vəkili

20 Noyabr 2014 17:45 (UTC+04:00)

"Şadlıq evlərinin əksəriyyətində işçilərin əmək haqqı çox az göstərilir".  Movqe.az ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, məclisdə olan zaman ofisiantlar müştərilərin yanından əl çəkmirlər: "Çünki onlar çox cüzi miqdarda əmək haqqı alırlar. Bu məsələyə baxılmalıdır".F.Mustafanın sözlərinə görə, uşaq artımı ilə bağlı Azərbaycanda da problemlər var: "Uşağın anadan olmasına verilən 90 manat müavinət çox azdır. Heç olmasa bir dəfəlik müavinətl ərin artırılması haqqında düşünmək lazımdır. Biz statistika üçün bunu edirik, yoxsa uşağın yaşaması üçün?"O qeyd edib ki, bir çox hallarda ailəli və yaşı 25-i keçmiş qadınları işə götürmürlər: "Çox halda evə ata çörək pulu gətirir. Bu da təbii ki, xoşagəlməz haldır". Milli Məclis üzvü deyib ki, qida qiymətlərinin bazarda qalxması əhalinin yaşam tərzində heç nə müsbət təsir etmir: "Qrip olan bir insan 2 dərman alsa 20 manat edir. Yəni, əldə olan imkan əhalinin yaşam tərzini, xərcliyini tam qarşılamır. Bu xərc smetası yox ölməmək smetasıdır. Eyni zamanda, dəfn üçün də bunu deyərdim. Bu yaxınlarda Dini Komitə tərəfindən addımlar atıldı ki, dini mərasimlərə çox pul xərcləməyin. Lakin insanlar yenə də bu hərəkətlərindən əl çəkmədilər. Dünən eşidirəm ki, bir nəfər atası üçün 6 min manatlıq baş daşı sifariş edib. Belə olmaz, dövlət istəyir ki, bu cür hallar olmasın".