Baş Prokurorluqdan Bakıda 54 qadının zorlanması xəbərinə münasibət

20 Noyabr 2014 18:45 (UTC+04:00)
Bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayon polis şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun güya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, yayılan xəbərlərin həqiqətə uyğun olmadığı bildirilir: "Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir. Bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınmış, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.