Cəbhədə atışma oldu

21 Noyabr 2014 10:15 (UTC+04:00)
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 63 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Şıxlar, Sarıcalı, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.