20 Yanvardakı bağlı yol istifadəyə verildi (FOTO)

21 Noyabr 2014 10:20 (UTC+04:00)
20 Yanvar dairəsində aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Movqe.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.Sürücülərə alternativ olaraq Moskva prospekti - Əsas yol və Asif Məhərrəmov küçələrindən istifadə etmələri tövsiyə olunur.